QR CodeQR Code

Silvio Berluskoni kürsüdən yıxıldı

10 May 2015 23:16

IslamTimes - İtaliyanın siyasi partiyaları ölkənin bəzi bölgələrində 31 mayda keçiriləcək bələdiyyə seçkiləri üçün təbliğat-təşviqat kampaniyasına başlayıblar.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, kampaniyada İtaliyanın keçmiş baş naziri, “İrəli, İtaliya”  (“Forza Italia”) Partiyasının rəhbəri Silvio Berluskoni də iştirak edir.
Lakin Liguriya vilayətinin inzibati mərkəzi Genuyada keçirdiyi tədbir keçmiş baş nazir üçün heç də uğurlu olmayıb. Çıxışında partiyasının namizədi Covanni Toti üçün dəstək istəyən Berluskoni mərkəz sol Demokrat Partiyasının rəhbəri və baş nazir Matteo Renziyi tənqid edib.
Çıxşını tamamladıqdan sonra kürsüdən enən Berluskoni yıxılıb. Mühafizəçilərinin köməyilə ayağa qalxan keçmiş baş nazir yıxıldığı yeri göstərərək “Baxın, bu da sol” deyərək yıxılmasında sol qüvvələri günahkar bilib.


Story Code: 459812

News Link :
https://www.islamtimes.org/az/news/459812/silvio-berluskoni-kürsüdən-yıxıldı

Islam Times
  https://www.islamtimes.org