0
Sunday 5 December 2010 - 11:29

Braziliya İsraili qəzəbləndirib

Story Code : 45984
Braziliya İsraili qəzəbləndirib
Braziliya İsraili qəzəbləndirib
Braziliyanın Fələstini rəsmi surətdə tanımasına səbəb Mahmud Abbasın ötən il Braziliya prezidentinə ünvanladığı məktub olub.
“İslamTimes” “FransPress” xəbər agentliyinə istinadən xəbər verir ki, İsrailin XİN şənbə günü yaydığı bəyanatda Tel-Əvivin Braziliyanın bu əməlindən narazı olduğunu bildirib.
İşğalçı İsrail Braziliyanın Fələstini rəsmi sürətdə tanımasını sülh danışıqları üçün problem hesab edib.
İsraillə Fələstin arasındakı sülh danışıqlarına bu ilin sentyabr ayında start verilmişdi. Amma İsrail rejimi qeyri-qanuni tikintiləri davam etdirməklə sülh danışıqlarının dayandırılmasına səbəb oldu.
Mahmud Abbas deyib: “İsrail Fələstin torpaqlarındakı tikintiləri 3 ay ərzində dayandırmasa ABŞ və BMT-dən Fələstini rəsmi dövlət kimi tanımağı istəyəcəyik.
Comment