QR CodeQR Code

"Yeni Musavat" Ayətullah Safini təhqir etdi

İslam-Azeri , 5 Dec 2010 14:23

Islamtimes - Musavat partiyasının və Rauf Arifoğlunun rəhbərlik etdiyi "Yeni Musavat" qəzeti böyük İslam alimi Ayətullahul Üzma Safi Lütfullah Qolpayqanini təhqir edib.


İslam-Azeri.az internet qəzetinin verdiyi xəbərə görə, "Yeni Musavat"ın rəsmi saytı "musavat.com"da Zamin Hacı adlı yazarın "Dəlilər dolma yeyir" yazısında Ayətullah əl-üzma Safi Qolpayiqaninin ünvanına təhqiredici ifadələr işlədib.

Bu yazıda Zamin Hacı "Bu Lütfullahın keçi saqqalından tutub Hollandiyaya, Kanadaya, lap elə Hindistana aparasan, deyəsən, burda qadınlar yeri gələndə lap lüt gəzirlər, bəs yağış niyə yağır?" bu ifadələrə yer verib.

Bəziləri tərəfindən İslami çevrələrə İslama dost kimi təqdim edilən "Yeni Musavat"ın bu yazarına hələ sözümüz olacaq...


Story Code: 46000

News Link :
https://www.islamtimes.org/az/news/46000/yeni-musavat-ayətullah-safini-təhqir-etdi

Islam Times
  https://www.islamtimes.org