QR CodeQR Code

Putinin FİFA üzvləri ilə gizli görüşlər keçirdiyi üzə çıxdı

6 Dec 2010 14:58

IslamTimes - Rusiya Futbol İttifaqının (RFİ) sabiq prezidenti Vyaçeslav Koloskov Rusiya Federasiyasının (RF) baş naziri Vladimir Putinin Dünya Çempionatı-2018-ın seçim kampaniyası zamanı FİFA İcraiyyə Komitəsinin üzvləri ilə gizli görüşlər keçirdiyini bildirib.


“Biz bu məlumatı sirr olaraq saxlayırdıq. Ancaq indi bu haqda hamıya məlumat vermək olar”, -deyə RFİ-nin sabiq prezidenti bildirib. Koloskov Putinin FİFA İcraiyyə Komitəsinin 22 üzvündən konkret kimlərlə görüşdüyünü və onlarla hansı məsələni müzakirə etdiyini açıqlamayıb. Bundan başqa Vyaçeslav Koloskov Rusiyanın Dünya Çempionatı-2018-in keçirilməsi hüququnu əldə etməsində RF prezidenti Dmitri Medvedyev və baş nazirin birinci müavini İqor Şuvalovun da əhəmiyyətli rol oynadığıını vurğulayıb.
Vyaçeslav Koloskov Rusiyanın Dünya Çempionatı-2018-in keçirilməsi hüququnu əldə etməsinin, FİFA-nın irimiqyaslı turnirlərin coğrafi sərhədlərini genişləndirmək siyasətinin nəticəsi olduğunu da etiraf edib.
Xatırladaq ki, Rusiya dekabrın 2-də FİFA-nın Sürixdə şəhərində keçirilən toplantısında rəqibləri İngiltərə, İspaniya-Portuqaliya və Belçika-Hollandiyanı üstələyərək Dünya Çempionatı-2018-i təşkil etməyə haqq qazanmışdı. /ANS/


Story Code: 46078

News Link :
https://www.islamtimes.org/az/news/46078/putinin-fifa-üzvləri-ilə-gizli-görüşlər-keçirdiyi-üzə-çıxdı

Islam Times
  https://www.islamtimes.org