0
Monday 6 December 2010 - 15:07

Çin Rusiyanın silah bazarını ələ keçirib

Story Code : 46079
Çin Rusiyanın silah bazarını ələ keçirib
Çin Rusiyanın silah bazarını ələ keçirib
Faktxeber-in "The Wallstreet Journal"a istinadən verdiyi məlumata görə, silah sənayesi getdikcə güclənən Çin, Rusiyadan ticarətlə əldə etdiyi texnologiyanı sürətlə sərmayəyə çevirir.
Soyuq müharibədən sonra Rusiya, başda ən inkişaf etmiş döyüş reaktivi Suxoi-27 qırıcılarının böyük bir qisimini maliyyə ehtiyacını ödəmək üçün Çinə satmışdı. 15 ildən sonra, Rusiya Çinin ən böyük silah tədarükçüsü olmağa davam etdi.
Bu gün, Rusiyanın silah sənayesindəki gücü azaldığı vaxtda, Çin keçmiş silah tədarükçüsünün yerini alıb. Son 10 ildən bəri Rusiyadan silah təchizatı idxal edən Çin, Su-27 və kosmik gəmi daxil olmaqla çox sayda inkişaf etmiş silah alıb.
Çin, yalnız Su-27 qırıcılarının elektron və radar sistemini kopiyalamaqla kifayətlənməyib təyyarəyə özünün istehsal etdiyi mühərrikləri əlavə edib. Pekin son iki ildə Rusiyadan demək olar ki, silah idxal etməyib. Çin, yaxın günlərdə yeni silahlarını dünyaya satmağa və Rusiyanın bazarını əlindən almağa hazırlaşır.
Çinin, müştəriləri arasında Hindistan ilə güc tarazlığını yaratmaq istəyən Pakistanda var. Çinin JF-17 qırıcıları üçün Şri Lanka, Banqladeş, Venesuella, Nigeriya, Mərakəş və Türkiyə növbə gözləyir.


Comment