0
Thursday 14 May 2015 - 23:26

“ABŞ Rusiya və Çində kukla rejim yaratmaq istəyir”

Story Code : 460912
“ABŞ Rusiya və Çində kukla rejim yaratmaq istəyir”
Axar.az xəbər verir ki, bu barədə amerikalı yazar Stefan Lendman Sputnik radiosuna açıqlamasında deyib. O, öldürülən müxalif lider Boris Nemtsovun materialları əsasında hazırlanan “Putin. Müharibə” adlı hesabatın həqiqəti əks etdirmədiyini bildirib:
“Ukraynada Rusiyanın nə hərbi qüvvəsi, nə də silahı var. Rusiyanın Ukraynanı işğal etmədiyini hər kəs bilir, lakin tam tərsini deyirlər. Rusiyanın Ukraynanın şərqindəki hadisələrə qarışması barədə iddialar ABŞ-ın qlobal hegemonluğu əlində saxlamaq üçün göstərdiyi utanmazca səyin bir hissəsidir. ABŞ Rusiya və Çini öz idarəsində olan kukla rejimlərlə dəyişdirmək istəyir. Hər şey bundan qaynaqlanır”.
Qeyd edək ki, rus müxalif lider Boris Nemtsov fevralın 27-də Moskvada güllələnərək öldürülüb. Onun başlatdığı “Putin. Müharibə” adlı hesabat ekspert qrupu tərəfindən sona çatdırılıb. Hesabatda Rusiyanın Ukraynadakı böhrana birbaşa müdaxilə etdiyi bildirilir. Həmçinin Ukraynanın şərqində ən azı 220 rus əsgərinin öldüyü də iddia edilir.
Comment