QR CodeQR Code

Xədicə İsmayılovanın vəsatəti təmin edilməyib

15 May 2015 19:57

IslamTimes - Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.


Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib. F. Namazlı məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini deyib. Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Story Code: 461059

News Link :
https://www.islamtimes.org/az/news/461059/xədicə-ismayılovanın-vəsatəti-təmin-edilməyib

Islam Times
  https://www.islamtimes.org