0
Friday 15 May 2015 - 23:10

Avropadan Qəzzaya humanitar yardım gəmiləri gedir

Story Code : 461083
Avropadan Qəzzaya humanitar yardım gəmiləri gedir
Dərman və tibb ləvazimatları ilə yanaşı günəş enerjisindən istifadə edilən avadanlıqların olduğu iki yardım gəminin digər yardım gəmilərinin karvanına qoşulacağı bildirilib. Bu arada Avropa Təşəbbüsü, Qəzzaya tətbiq olunan mühasirəni dənizdən qırmaq məqsədilə yayda yola salmağı düşündükləri Üçüncü Azadlıq Donanması üçün siyasi və diplomatik dəstəyi artırmağa səy göstərdiklərini bildiriblər. Qəzza Mühasirəsini Qırmaq Üçün Avropa Təşəbbüsü üzvlərindən Xamis Kert üçüncü donanmanın hazırlıq işləri barədə məlumat verərək doqquz ildir blokada şəraitində olan Qəzzadakı vəziyyətlə bağlı nümayəndə heyətinin dünən Brüsseldə bir qrup avropalı deputatla yanaşı müxtəlif siyasi partiya nümayəndələri ilə görüşdüklərini söyləyib. /Deyerler/
Comment