QR CodeQR Code

Rus "ayı"ları qorxu saçdı

15 May 2015 23:27

IslamTimes - Britaniya Kral Hərbi Hava Qüvvələrinin "Typhoon" qırıcı təyyarələri iki Rusiya hərbi təyyarəsinin ölkənin hava sərhədlərinə yaxınlaşması ilə bağlı göyə qaldırılıb.


Anspress-in məlumatına görə, Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın "Ayı" şərti adı ilə tanınan "Tupolev 95" strateji bombardmançı təyyarələri yenə də Şotlandiya yaxınlığında qeydə alınıb. Sərhədin pozulması baş verməyib və iki Rusiya bombardmançı təyyarəsi təhlükə təşkil etməyib. Hərbi ekspertlərin fikrincə, Britaniya Rusiya təyyarələrinin belə "əzələ nümayişi"nə çoxdan öyrəşib. Təyyarələrin hava məkanına indiki yanaşması NATO-nun regiondakı təlim məşqləri ilə eyni vaxta düşüb. Xatırladaq ki, NATO hazırda təlimlərə başlayıb və Rusiya tərəfindən tətbiq edilən "hibrid müharibə" taktikasına qarşı tədbirləri öyrənir.


Story Code: 461089

News Link :
https://www.islamtimes.org/az/news/461089/rus-ayı-ları-qorxu-saçdı

Islam Times
  https://www.islamtimes.org