0
Tuesday 7 December 2010 - 10:32

İsrailə növbəti zərbə Argentinadan gəldi

Story Code : 46115
İsrailə növbəti zərbə Argentinadan gəldi
İsrailə növbəti zərbə Argentinadan gəldi
“IslamTimes” “FransPress” xəbər agentliyinə istinadən xəbər verir, Argentina prezidenti xanım Kristina Fernandez de Kirçner ötən gün Mahmud Abbasa məktub ünvanlayıb. Məktubda yazılır: “Argentina Fələstini rəsmi surətdə müstəqil bir dövlət olaraq tanıyır.”
Bir neçə gün öncə, Braziliya prezidenti Lula da Silva Fələstin Milli Muxtariyyətinin sədri Mahmud Abbasa göndərdiyi məktubda Fələstin dövlətini 1967-ci il müharibəsindən əvvəlki sərhədlərdə tanıdığını bəyan etmişdi. Braziliyanın Fələstini rəsmi surətdə tanımasına səbəb Mahmud Abbasın ötən il Braziliya prezidentinə ünvanladığı məktub olub.
Braziliyanın Fələstin dövlətini rəsmi surətdə tanıması İsraili qəzəbləndirdi və bir sıra ABŞ rəsmilərinin etirazına səbəb oldu.
İsrail və ABŞ-ın etirazları bir halda baş verir ki, artıq bir sıra dövlətlər işğal olunmuş Qəzza, Qüds və Beytül-Müqəddəs məntəqələrini əhatə edən Fələstinin müstəqil bir dövlət kimi tanınmasını dəstəkləyiblər. Onlar İsrailin 1967-ci ildə altı günlük müharibədə Fələstinin adı çkilən əraziərini işğal edərək öz tərkibinə qatdığını təsdiqləyiblər.
Comment