0
Saturday 16 May 2015 - 12:33

İraqda İŞİD-in 2 əsas rəhbəri öldürüldü

Story Code : 461180
İraqda İŞİD-in 2 əsas rəhbəri öldürüldü
İraqın Bağdad Əməliyyatlar Komandanlığı açıqlama verərək, İŞİD terror təşkilatının Ənbar, Qaim və Kərbəla şəhərləri üzrə "müfti"si Molla Həmid Əl-Cuğaifini Ənbərın Qarma bölgəsində İraq təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb. Yerli mənbələrin verdiyi məlumata əsasən, İraq təhlükəsizlik qüvvələri və könüllü xalq qüvvələrinin ölkənin şərqindəki Diyalə əyalətinin Hamrin şəhərində daha bir İŞİD müftisini öldürdüklərini bildiriblər. “İraq təhlükəsizlik qüvvələri İraqın Əl-Haşduş-Şabi qoşunlarının dəstəyilə bu gün Həmrin şəhərində terrorçulara qarşı keçirilən əməliyyatda Əbu Ənəs əl-İraqi və 3 köməkçisini öldürüblər”, - deyə mənbə bildirib. Qeyd edək ki, mayın 13-də İraq Müdafiə Nazirliyi açıqlama verərək İŞİD-in 2 nömrəli adamı Əbu Alə əl-Afrinin öldürüldüyünü təsdiqləyib. Əbu Alə əl-Afri İŞİD terror təşkilatının rəhbərliyini öz üzərinə götürmüşdü. /Deyerler/
Comment