QR CodeQR Code

İrana maraq artır

7 Dec 2010 14:40

IslamTimes - İran prezidenti Mahmud Əhmədinejad əfsanəvi futbolçu Diyeqo Armando Maradonanın ölkənin futbol üzrə yığmasının baş məşqçisi ola biləcəyini təsdiqləyib.


Lent.az-ın İranın “Ebtekar” qəzetinə istinadən verdiyi məlumata görə, o, bunu Çində keçiriləcək Asiya Oyunlarına yollanan idmançılarla görüşdə söyləyib.
Qəzet yazır ki, jurnalistlərin “Diyeqo Armando Maradona İran milli komandasının yeni baş məşqçisimi olacaq?” sualına cavab olaraq Mahmud Əhmədinejad başını təsdiqləyici formada əyib. Əfsanəvi futbolçu özü də ABŞ-la yaxşı münasibətləri olmayan Kuba lideri Fidel Kastro, Venesuela prezidenti Uqo Çaves və İran prezidenti Mahmud Əhmədinejada müsbət münasibət bəslədiyini gizlətmir.


Story Code: 46145

News Link :
https://www.islamtimes.org/az/news/46145/irana-maraq-artır

Islam Times
  https://www.islamtimes.org