QR CodeQR Code

Mosulda İŞİD silahlılarının ətrafa nizamsız atəş açması nəticəsində 15 nəfər ölüb

18 May 2015 23:07

IslamTimes - İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının silahlılarının ətrafa nizamsız atəş açması nəticəsində azı 15 nəfər ölüb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular Ər-Ramadi şəhərinin ələ keçirilməsini qeyd edirmişlər.
İnsident zamanı dördü uşaq, ikisi qadın olmaqla 8 nəfər xəsarət alıb. Yaralananlar dərman çatışmamazlığından əziyyət çəkən Mosul şəhər xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, ötən gün “İraq-Şam İslam Dövləti” qruplaşması İraqın qərbindəki Əl-Ənbər əyalətinin mərkəzi sayılan Ər-Ramadi şəhərini tamamilə ələ keçirib.


Story Code: 461646

News Link :
https://www.islamtimes.org/az/news/461646/mosulda-işid-silahlılarının-ətrafa-nizamsız-atəş-açması-nəticəsində-15-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org