QR CodeQR Code

WikiLeaks-in yaradıcısı həbs olundu!

7 Dec 2010 17:14

IslamTimes - Qalmaqallı saytın yaradıcısı az öncə Britaniyada polisə təslim olub. Reuters bildirir ki, WikiLeaks saytının banisi və sahibi Culian Assanj Böyük Britaniyada polisə könüllü təslim olub.


O, İsveçdə təcavüzə cəhddə suçlanaraq İnterpol tərəfindən axtarışda idi. Bu ilin avqustunda İsveç polisinə iki qız müracitə etmişdi. Qızlardan biri Assanjın ona təcavüz etdiyini, digər isə sataşdığını bildirib. 39 yaşlı Assanj ittihamların heç birini qəbul etmir.
WikiLeaks-in sahibinin vəkili Mark Stivens bir qədər əvvəl bəyan etmişdi ki, Assanj Skotland-Yardla danışıqlara hazırdır.
İsveçrə Poçtu bu arada Assanjın hesablarını bağlayıb, MasterCard isə WikiLeaks-in banisinin kartlarına xidmət göstərməkdən imtina edib. /Milli.Az/


Story Code: 46166

News Link :
https://www.islamtimes.org/az/news/46166/wikileaks-in-yaradıcısı-həbs-olundu

Islam Times
  https://www.islamtimes.org