0
Tuesday 19 May 2015 - 16:22

Ayətullah Xameneinin müşaviri Hizbullah lideri ilə görüşüb

Story Code : 461833
Ayətullah Xameneinin müşaviri Hizbullah lideri ilə görüşüb
Ayətullah Xameneinin müşaviri Hizbullah lideri ilə görüşüb
İnterAz-ın İRNA-ya istinadla verdiyi xəbərə görə, Ayətullah Xameneinin müşaviri bu görüşdə Hizbullah liderinə təşkilatın əl-Qəlamun yüksəkliklərində əldə etdiyi naliyyətlərə görə təbrik deyib.

Tərəflər bu görüşdə radikal və təkfirçi cərəyanlarla mübarizə və sair məsələlərdə müzakirələr aparıblar.

Ayətullah Xameneinin müşaviri Livana səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə də müzakirələr aparıb.

Qeyd edək ki, Suriya ordusu hazırda Hizbullahın dəstəyi ilə əl-Qəlamun yüksəkliklərində “ən-Nusra Cəbhəsi” və ona tabe olan terror qruplaşmalarına əməliyyatlar aparır. Hizbullah bir neçə gün öncə adıçəkilən bölgədə qruplaşmaların mövqelərindən 90 faizinin təmizləndiyini bildirmişdi.
Source : Interaz
Comment