QR CodeQR Code

Ayətullah Xameneinin müşaviri Hizbullah lideri ilə görüşüb

Interaz , 19 May 2015 16:22

İslamtimes - Ali Dini lider Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayəti Livan paytaxtında Hizbullah lideri höccətül-islam Həsən Nəsrullahla görüşüb.


İnterAz-ın İRNA-ya istinadla verdiyi xəbərə görə, Ayətullah Xameneinin müşaviri bu görüşdə Hizbullah liderinə təşkilatın əl-Qəlamun yüksəkliklərində əldə etdiyi naliyyətlərə görə təbrik deyib.

Tərəflər bu görüşdə radikal və təkfirçi cərəyanlarla mübarizə və sair məsələlərdə müzakirələr aparıblar.

Ayətullah Xameneinin müşaviri Livana səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə də müzakirələr aparıb.

Qeyd edək ki, Suriya ordusu hazırda Hizbullahın dəstəyi ilə əl-Qəlamun yüksəkliklərində “ən-Nusra Cəbhəsi” və ona tabe olan terror qruplaşmalarına əməliyyatlar aparır. Hizbullah bir neçə gün öncə adıçəkilən bölgədə qruplaşmaların mövqelərindən 90 faizinin təmizləndiyini bildirmişdi.


Story Code: 461833

News Link :
https://www.islamtimes.org/az/news/461833/ayətullah-xameneinin-müşaviri-hizbullah-lideri-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org