0
Wednesday 8 December 2010 - 08:57

BBC-nin İran haqda şok yalanları

Story Code : 46209
Iran - Tehran students
Iran - Tehran students
Telekanal universitetlərdə genişmiqyaslı təhlükəsizlik əməliyyatları aparıldığına görə nümayişlərin bəzi yerlərdə baş tutduğunu iddia edir. BBC etirazlardan ən böyüyünün Tehran Universitetində keçirildiyini vurğulayıb.
Nəzərinizə çatdıraq ki, bəzi internet saytları ötən ilki iğtişaşlarda çəkilmiş fotoları yayımlayaraq, Tehran Universitetində etiraz aksiyası keçirildiyini iddia ediblər.
Halbuki, ötən gün İranın bütün universitetlərində “16 azər tələbə günü”nün məhərrəm ayının ilk gününə təsadüf etməsi münasibətilə tələbələr “Azəre Aşurayi” adlı mərasim keçiriblər. BBC-nin verdiyi məlumatın tam əksinə olaraq ən böyük etiraz aksiyası deyil, ən böyük əzadarlıq mərasimi Tehran Universitetində keçirilib.
Bu universitetdə tələbələr “Amerikaya ölüm”, “Bizi öldürün, millətimiz daha sayıq olsun”, “Ustad Şəhriyar şəhidliyin mübarək”, “İngiltərəyə ölüm”, “İslamı yaşadan məhərrəm və səfər aylarıdır” və “Şəhid Şəhriyar yolunu davam etdirəcəyik” kimi şüarlar səsləndiriblər. Bir çox tələbə Azad tribuna vasitəsi ilə sözlərini ümumi kütləyə çatdırıblar.
Universitet tələbələri bir zamanlar İraq dövlətini təhrik edib, onları silahlandıraraq İran xalqı üzərinə göndərən Qərb dövlətlərinin Mir Hüseyn Musəvi və Mehdi Kərrubiya mükafatlar verməsini tənqid ediblər. Onlar deyib: "Bir şəxsləri ki İran xalqının düşmənləri mükafatlandırır, biz bu şəxsləri iranlı hesab etmirik, onlar vətən xainidirlər!
Tələbələr öz çıxışlarında ötən ilki fitnəkarlığın yaranmasına səbəb olan siyasətçilərin həbs edilməsini və qanun qarşısında cavab verməsini tələb ediblər.
Tribunada çıxış edənlərdən biri deyib: “ İraq-İran müharibəsində vuruşmaq hazırkı dövrdə İran daxilindəki fitnəkarlarla vuruşmaqdan daha rahat idi. Bəsilərin (İraqın bəs rejimi) Səddamla şəkili var idi, bəzilərinin isə Xomeyni ilə. Bəsilər iraqlı idi, bəziləri iranlı. Mən artıq cana doymuşam. Yox, mənim müxalifət liderlərinə etirazım yoxdur. Mən məhkəmə orqanlarına etiraz edirəm. BMT İraqın "Bəs" rejiminin rəhbərlərini təcavüzkar elan etdi, amma biz fitnə başçılarını hələ də mühakimə etməmişik!”
Comment