0
Wednesday 8 December 2010 - 12:37

Afinada həyat dayandı

Story Code : 46221
Afinada həyat dayandı
Afinada həyat dayandı
Milli.Az «İTAR-TASS»a istinadən xəbər verir ki, tətildə ictimai nəqliyyatda çalışan insanlar iştirak edir. Həmkarlar ittifaqı təşkilatlarından bildiriblər ki, 24 saat ərzində heç bir marşruta avtobus, trolleybus, tramvay, metro və yerüstü elektrik qatarı çıxmayacaq. Yunanıstan Dəmir Yolu Təşkilatının kollektivi də tətilə qoşulub.
Tətilə səbəb hökumətin Afinanın ictimai nəqliyyat strukturunda ciddi dəyişikliklər etmək qərarıdır. Dəyişikliyə əsasən, ictimai nəqliyyatın biletlərinə ayrılan 70%-lik dövlət subsidiyasının 50%-ə endirilməsi nəzərdə tutulub.

Comment