0
Wednesday 8 December 2010 - 16:03

Azərbaycan Türkiyə ilə birgə hərbi texnika istehsal edəcək

Story Code : 46234
Azərbaycan Türkiyə ilə birgə hərbi texnika istehsal edəcək
Azərbaycan Türkiyə ilə birgə hərbi texnika istehsal edəcək
Hərbi mənbələrdən verilən məlumata görə, artıq birgə istehsal layihələrinə dair tərəflər arasında razılaşma əldə olunub.
Zirehli texnikaların müştərək istehsalına dair Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin “Otokar” şirkəti arasında oktyabr ayının sonlarında niyyət protokolu imzalanıb. Razılaşma çərçivəsində hərbi texnikalar lisenziya əsasında və zəruri hissələri Türkiyədən idxal olunmaqla istehsal ediləcək.
Dekabrın sonlarında isə Azərbaycan və Türkiyə heyətləri arasında Bakıda müdafiə sənayesi sahəsində bəzi perspektiv layihələrin müzakirəsi gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycan Türkiyə ilə müştərək olaraq bəzi atıcı silahların və döyüş sursatlarının istehsalını həyata keçirir. /apa/
Comment