QR CodeQR Code

Hizbullah Həriri məhkəməsinin iddianaməsini rədd edir

IRIB , 8 Dec 2010 19:00

İslamtimes - Livan Hizbullahının baş katibinin müavini bildirib ki, bu hərəkat Həririnin terror edilməsi ilə bağlı qurulmuş məhkəmənin rəyini bəri başdan rədd edir


İRNA-nın məlumatına əsasən Şeyx Nəim Qasim deyib : Həriri məhkəməsinin iddianaməsində Hizbullahın bəzi üzvləri ittiham olunacaq və bu ittiham yüz faiz saxtadır.

Nəim Qasim Hizbullahın haqq və ədalət tərəfdarı olduğunu xatırladaraq qeyd edib ki, müqavimətə heç nə mane ola bilməz və Hizbullah İsrailin gözündə tikan kimi qalacaqdır.

Livanın eks baş naziri Rəfiq Həririnin qətlini araşdıran məhkəmə yalançı şahidlərin ifadəsinə istinad edərək Livan Müqavimət Hərəkatının bəzi üzvlərinə qarşı iddialar qaldırmaqla ictimaiyyət arasında Hizbullahın simasını ləkələmək istəyir.


Story Code: 46247

News Link :
https://www.islamtimes.org/az/news/46247/hizbullah-həriri-məhkəməsinin-iddianaməsini-rədd-edir

Islam Times
  https://www.islamtimes.org