0
Friday 22 May 2015 - 23:50

Əli Kərimli: "Hakimiyyət xalqı yenə aldatmağa çalışır"

Story Code : 462484
Əli Kərimli: "Hakimiyyət xalqı yenə aldatmağa çalışır"
Əli Kərimli: "Hakimiyyət xalqı yenə aldatmağa çalışır"
“Yox, artıq bu qədər də olmaz. Bu dəhşətli cinayətə görə “JEK” müdirini həbs etmək xalqı ələ salmaqdır. “Milyonluq villaların sahibləri tapılmır, məni aldadırlar, mənim xəbərim yoxdur, məni eşitmirlər” nağılının sonu elə belə - “JEK” müdirinin həbsi ilə bitməliydi. Əvvəllər neçə dəfə beləcə xalqı yola veriblər. Hacı Məmmədov cinayətləri yadınızdadır? Ört-basdır edilmədimi? Bəs Elşad Abdullayevin açdığı mandat, insan alverinin axırının necə qurtardığını unutdunuz? Üç ton heroinin, ofşor zonalara aparılan 48 milyard dolların taleyi necə oldu? İndi də nəinki həqiqi cinayətkarları tutmaq, heç tezalışan üzlükləri də sökmək fikirləri yoxdur. Ona görə “binaların yanına bir yanğınsöndürən maşın qoyacağıq” kimi qeyri-ciddi söhbət atıblar ortaya.

Biz səsimizi qaldırmadıqca, etiraz etmədikcə, vətəndaş olmadıqca belə də davam edəcək. Milli Şura 31 may saat 5-də “Məhsul” stadionuna mitinq təyin edib, siz də həmin mitinqə gəlin, yanğın faciəsinin əsl səbəbkarlarının cəzalandırılmasını, tezalışan üzlüklərin dərhal sökülməsini, birlikdə tələb edək!”.
Source : Nur.az.com
Comment