QR CodeQR Code

Səudiyyə qırıcılarının Yəmənə endirdiyi aviazərbələr nəticəsində 20 nəfər həlak olub

23 May 2015 09:29

IslamTimes - Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiyanın qırıcılarının Yəmənin paytaxtı Sənada dinc əhalinin yaşadığı ərazilərə endirdiyi aviazərbələr nəticəsində 20 mülki vətəndaş həlak olub.


Deyerler.org-un "RİA Novosti" yə istinadən verdiyi xəbərə görə, Səudiyyə qırıcılarının endirdiyi aviazərbələr nəticəsində həlak olanların 2ii uşaq, 4-i isə qadın olub. Qırıcılar dinc əhalinin yaşadığı ərazilərə ümumilikdə 15 aviazərbə endiriblər.
Qeyd edək ki, Yəməndə 5 gün davam edən humanitar atəşkəs müddəti başa çatdıqdan sonra Səudiyyə qırıcıları Yəmən əhalisinin başına yenidən bombalar yağdırmağa başlayıblar. /Deyerler/


Story Code: 462525

News Link :
https://www.islamtimes.org/az/news/462525/səudiyyə-qırıcılarının-yəmənə-endirdiyi-aviazərbələr-nəticəsində-20-nəfər-həlak-olub

Islam Times
  https://www.islamtimes.org