0
Saturday 23 May 2015 - 11:52

Masallı dindarı ağır vəziyyətdə karserə salınıb

Story Code : 462579
Masallı dindarı ağır vəziyyətdə karserə salınıb
Masallı dindarı ağır vəziyyətdə karserə salınıb
Cenubnews.com xəbər verir ki, həmən gün günorta saatlarında müəssisəyə daxil olan xüsusi qüvvələr cəzaçəkmə müəssisəsindəki cəza çəkən bütün dustaqları amansızcasına döyüblər.

Sonra sözügedən həbsxanada cəza çəkən Masallı dindarı Surac Ağayev daxil olmaqla bir çox məhkum İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) işgəncə verilmək üçün aparılıb.

Ardınca həmən günü xüsusi təyinatlı qüvvələr tərəfindən amansızcasına döyülən digər Masallı dindarı Ziya Tahirov müəssisə rəhbərliyi tərəfindən karserə salınıb.

Məlumata görə, Masallı dindarı Z.Tahirov möhkəm işgəncəyə məruz qaldığı üçün qabırğası ciddi zədə alıb. Lakin adıçəkilən müəssisənin yeni təyinat alan rəisi məhkumun bu halına biganə yanaşaraq onu hələ də karserdə saxlayır.

Qeyd edək ki, son zamanlar məhkumlara qarşı amansız işgəncələr artmaqdadır. Surac Ağayevin aparıldığı el arası müalicə müəssisəsi sayılan "Tubzon"da məhkumlara müalicə yox işgəncə verilən Azərbaycanın "Quantanamo" həbsxanası sayılır.

Xüsusi olaraq sözügedən müalicə müəssisəsinin rəisi Nizami Quliyev Penitensiar Xidmətin qəhraman rəislərindən sayılır. Azərbaycanda bir neçə həbsxananın rəisi dəyişilsə də N.Quliyev məhkuma işgəncə verməkdə usta olduğu üçün o öz postunda saxlanılır.

Xatırladaq ki, Surac Ağayev 5 il müddətinə, Ziya Tahirov isə 7 il müddətinə Masallı rayon yerli icra orqanları tərəfindən şərlənərək azadlıqdan məhrum edilib.
Source : Cenubnews
Comment