0
Saturday 23 May 2015 - 18:00

Əfqanıstanda son əməliyyat: 27 Talibançı öldürüldü

Story Code : 462613
Əfqanıstanda son əməliyyat: 27 Talibançı öldürüldü
Axar.az xəbər verir ki, vilayətin bir neçə kəndində əməliyyatın sona çatdığını elan edən təhlükəsizlik qüvvələri 30-dan çox terrorçunun isə yaralandığını açıqlayıb.
Yerli məmurların sözlərinə görə, 2 həftə davam edən əməliyyatlarda 3 min ailə öz evini tərk edib.
Bu əməliyyatlardan hökumət qüvvələri də itkisiz ötüşməyib. Son iki həftədə 17 ordu mənsubu öldürülüb, 5 nəfər isə yaralanıb. 4 tank isə terrorçular tərəfindən sıradan çıxarılıb.
Comment