0
Wednesday 8 December 2010 - 23:14

Assanjı həbs etdirən qadın ABŞ casusu imiş

Story Code : 46326
Assanjı həbs etdirən qadın ABŞ casusu imiş
Assanjı həbs etdirən qadın ABŞ casusu imiş
Bu barədə qərarı dekabrın 7-də London məhkəməsi verib. “WikiLeaks” təşkilatının rəhbəri özünü London polisinə elə həmin gün təslim edib.
Polislə görüşü onun vəkilləri təşkil ediblər. Vəkillər Assanjın zaminə buraxılması üçün məhkəmə qarşısında vəsatət qaldırıblar.
Amma vəsatət təmin edilməyib. İndi məhkəmənin 28 günü var ki, Assanjın İsveçin xahişi ilə oraya ekstradisiya olunmasına razılıq verib-verməməsi haqda qərar çıxarsın.
Assanjın həbsinə orderi İsveç verib. Onu zorlamada ittiham edirlər.
Culian Assanja qarşı bu cür ittiham irəli sürənlər isə iki qadındır. Qadınlardan biri Anna Ardinin tərcümeyi-halı barədə heç də birmənalı fikirlər səslənmir. Belə ki, bildirilir ki, Anna Ardin ABŞ-dan maliyyələşən, Kastro və kommunizm əleyhdarı qrupları ilə əlaqəlidir. Xarici mətbuat yazır ki, bu ilin avqust ayında Assanja qarşı ilk zorlama ittihamı gündəmə gələn zaman Ardin adını eşitdikdə bu barədə yazmışdılar.
Məlumatlarda qeyd olunur ki, Assanjı zorlamada ittiham edən Anna Ardin Kubada olan zaman Fidel Kastro əleyhdarı bir radikal feminist qrup olan “Las damas da blanco” (Ağ Geyən Qadınlar) üçün işləyib.
Oslo Universitetindən Professor Michael Seltzer bildirir ki, adı çəkilən qrup Karlos Alberto Montaner adlı, Amerika Mərkəzi Kəşviyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq edən bir şəxs tərəfindən idarə olunub. Həmçinin, adı çəkilən Anna Ardin Kubadakı fəaliyyəti ilə bağlı yazdığı kitabda da bu barədə məlumat verib. Ardinin ciddi işlər gördüyü “Ağ Geyən Qadınlar” təşkilatı qismən ABŞ tərəfindən maliyyələşən bir qurum kimi tanınır.
Həmçinin, bu təşkilatın dəstək verdiyi fanatik kommunizm əleyhdarı Luiz Posada Karrilesin 1976-cı ildə açıqlanan bir ABŞ sənədində MKİ agenti olduğu bildirilirdi. O, Kubaya qarşı müxtəlif terror aksiyalarında iştirak etmiş biridir. 1976-cı ildə bir Kuba təyyarəsinin partladılması və 75 nəfərin öldürülməsi hadisəsinə qatıldığı iddia edilir.. Həmçinin, o, özü də 1997-ci ildə Kuba otelləri və əyləncə yerlərinə qarşı ardıcıl bombalama əməliyyatlarında ciddi şəkildə iştirak etdiyini qəbul edir. Bundan əlavə onun 2000-ci ildə Panamada Fidel Kastroya sui-qəsd hazırlamaq ittihamı ilə həbs olunduğu da bildirilir.
“Ağ geyən qadınlar” təşkilatının da məhz adı çəkilən şəxsin dəstəkçisi olduğu üçün ABŞ kəşfiyyatı tərəfindən maliyyələşdiyi iddia edilir.
Assanja qarşı zormala ittihamı qaldıran Anna Ardinin MKİ ilə əlaqələrinin olduğu faktlarından əlavə, “WikiLeaks” qurucusuna qarşı irəli sürülən ittihamda bir sıra boşluqların olduğu da nəzərə çarpır. Qeyd edək ki, hələ bir müddət əvvəl Assanj özü başına gələcəklər barədə məlumat vermişdi. O, İsveçin “Aftonbladet” qəzetinə bildirmişdi ki, Pentaqonun onların işlərini yox etmək üçün çirkli oyunlara müraciət edəcəyi xəbərdarlığını alıblar. Assanj bu çirkli oyunların başında da “seks tələsi”nin olduğunu qeyd etmişdi. /PIA/
Comment