0
Tuesday 26 May 2015 - 18:51

Səudiyyə sionist İsrail rejimindən aldığı neytron bombasını Yəməndə istifadə etdi

Story Code : 463275
Səudiyyə sionist İsrail rejimindən aldığı neytron bombasını Yəməndə istifadə etdi
Yəmənə buraxılan neytron bombalarının F-16 tipli qırıcılardan atıldığı diqqət çəkilib. Belə ki, xəbərdə Səudiyyənin F-16 təyyarəsinin olmadığı və neytron bombalarının da sadəcə sionist İsrail rejimində olduğu vurğulanıb.
“Veterans Today” adlı xəbər saytı, ona təqdim olunan bir videonun nüvə silahı mütəxəssislərinə təhlil etdirib və görüntülərdə Yəmənə atılan bombanın çox böyük ehtimalla nüvə silahı sinfinə daxil olan neytron bombası olduğu iddia olunub.
Xəbərdə qeyd olunan video görüntülər mayın 20-də Yəmənin Nuqum dağında çəkilib. Bombardmandan dərhal sonra yaranan göbələk şəkilli duman kütləsinin neytron bombasına aid olduğu irəli sürülüb.
Digər tərəfdən qeyd etməliyik ki, görüntüləri araşdıranlar arasında Beynəlxalq Atom Enerjisi Təşkilatının (IAE) keçmiş müfəttişlərindən Cef Smit də var.
Atılan bomba ilə bağlı mütəxəssilərin rəyi aşağıdakı kimidir:
Atılan bomba 900 kiloqramlıq adi bir bomba deyil.
Hücumu həyata keçirən təyyarələrin F-15, ya da F-16 tipli təyyarələr olduğu hesab olunsa, bu təsiri ancaq bir neytron bombası yarada bilər.
Partlayışın miqyası, duman rəngi, göbələk şəkilli buludun havada qalma müddəti və partlayış anında kamerada əks olunan ağ işıq da neytron bombası iddialarını dəstəkləyir.
Bombardmanı böyük ehtimalla Səudiyyə Ərəbistaın ordusunun rənglərinə boyanmış sionist İsrail ordusuna aid bir F-16 təyyarəsi həyata keçirib.
Qeyd edək ki, İngiltərənin paytaxtı Londonda ərəb dilində yayımlanan Ray əl Youm qəzeti də keçən həftə dərc etdiyi bir xüsusi xəbərində Səudiyyə Ərəbistanı-sionist İsrail rejimi əməkdaşlığına dair fərqli bir iddia irəli sürmüşdür. Xəbərdə sionist İsrail rəhbərliyinin, Yəmən sərhədindən Ənsarullahla üzləşən Səudiyyə Ərəbistanına Dəmir Qübbə raketdən müdafiə sistemini istifadə etməsi təklif etdiyi bildirilib.
Comment