0
Thursday 9 December 2010 - 07:45

NATO-ya qarşı döyüşən azərbaycanlılara hökm oxunub

Story Code : 46328
NATO-ya qarşı döyüşən azərbaycanlılara hökm oxunub
NATO-ya qarşı döyüşən azərbaycanlılara hökm oxunub
Ötən gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Pakistan və Əfqanıstanda NATO qoşunlarına qarşı döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşları - İsmayılov Rəşad Müseyib oğlu, Məmmədov İlqar Məzahir oğlu və Musayev Ramin Xanoğlan oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Rəşad İsmayılov 5 il, Ramin Musayev 3 il, İlqar Məmmədov 1 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 12.1-ci və 279.1-ci maddələri ilə ittiham olunublar.
İttiham görə, təqsirləndirilən şəxslər Pakistan və Əfqanıstanda silahlı birləşmələrin tərkibində NATO qoşunlarına qarşı döyüşlərdə iştirak ediblər. Rəşad Məmmədov döyüşlərin birində yaralanıb. Hər üç şəxs Pakistan hüquq-mühafizə orqanları tərəfindən tutularaq Azərbaycana təhvil veriliblər.
Comment