0
Thursday 9 December 2010 - 08:45

Rusiyada əmniyyətsizlik hökm sürür

Story Code : 46334
Rusiyada əmniyyətsizlik hökm sürür
Rusiyada əmniyyətsizlik hökm sürür
Rusiyada bu ilin 11 ayı ərzində cinayətkarların əlində 38 min insan həlak olub. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 7,7% azdır. APA-nın məlumatına görə, bu barədə Rusiya DİN-dən bildiriblər.
«Cinayətkar əməllər nəticəsində 38,3 min insan həlak olub, 46,1 min şəxsin sağlamlığına isə ağır xəsarət yetirilib», deyə nazirlikdən məlumat veriblər.
Ümumilikdə bu ilin 11 ayı ərzində Rusiyada 2,4 milyondan artıq cinayət qeydə alınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,1% azdır.
Comment