0
Thursday 9 December 2010 - 10:09

NATO-Rusiya müharibəsi "elan olundu"

Story Code : 46337
NATO-Rusiya müharibəsi "elan olundu"
NATO-Rusiya müharibəsi "elan olundu"
İngiltərənin “Gardian” qəzeti “Wikileaks”in Amerika Dövlət Departamentinə aid gizli sənədlərinə istinadən dünyanı lərzəyə gətirən xəbər yayıb. Heç demə, NATO Polşa və Baltikyanı ölkələri Rusiyanın hədələrindən qorumaq üçün “Soyuq müharibə” dövründən sonra ilk dəfə gizli planlar hazırlayırmış.
Bu sənədlərə görə ABŞ və Almaniyanın tələbi ilə planla əlaqədar qərar bu ilin əvvəllərində verilib.
Bu mövzuda son beş ildir davam edən danışıqlarda qərarı Şura deyil, komandanlıq səviyyəsindəki hərbçilər verib.
Qərara görə, əgər Rusiya Polşa və Baltikyanı ölkələrə (Estoniya, Latviya və Litva) hücum edərsə, dövrəyə girəcək doqquz diviziya təyin olunub. Bunlar Amerika, İngiltərə, Almaniya və Polşa ordusunun diviziyalarıdır. Donanma gücləri üçünsə Almaniya və Polşa limanlarından istifadə edilməsinə qərar verilib. Qəzet həmçinin bu plan çərçivəsində gələn il hərbi manevrlər ediləcəyini yazır.
ABŞ ayrıca olaraq Polşanı hərbi donanma dəstəyi ilə təmin etməyi, bu ölkəyə “F-16” döyüş təyyarələri verməyi və Almaniyadakı Amerika hərbi obyektlərində olan “C-130” nəqliyyat təyyarələrini bu ölkəyə köçürtməyi təklif edib. Noyabr ayında Lissabonda baş tutan NATO sammitində Rusiya və NATO raketdən müdafiə və digər təhlükəsizlik mövzularında əməkdaşlıq qərarı verilmişdi. Ancaq qəzetə görə adıçəkilən plan tərəflər arasındakı görünməyən gərginliyi əks etdirir.
Rusiya ilə Gürcüstan arasında iki il əvvəl yaşanan müharibə Polşa ilə Baltikyanı ölkələrini qorxutmuşdu. Rusiya NATO-nun Şərqə doğru genişlənmə planlarını öz milli təhlükəsizliyinə təhdid qəbul edir.
Comment