QR CodeQR Code

“Mərdanov qadağası” şapkalı qızlara da aiddir

9 Dec 2010 10:14

IslamTimes - Təhsil naziri Misir Mərdanov hicabla bağlı açıq-aşkar qadağanı dilinə gətirdi.


İslam-Azeri internet qəzetinin verdiyi xəbərə görə, ANS TV-yə bu barədə müsahibə verən Misir Mərdanov belə deyib:
"Təhsil haqqında qanunda belə bir bənd var. Məktəblilər məktəbə müəyyən olunmuş formada gəlməlidir. Məktəblərə qızlar başı bağlı formada getməməlidirlər. Evində, küçədə, digər tədbirlərdə istədiyi formada gedə bilər. Biz qərar qəbul etmişik ki, Azərbaycan dövləti dünyəvi dövlətdir. Azərbaycanda din dövlətdən ayrı fəaliyyət göstərir. Biz belə düşünürük ki, məktəb yaşlı uşağı, yəni 16 yaşlı uşağın başını bağlaması dünyəviliklə bir araya gəlmir. Və onların hicablı məktəbə gəlməsinə qadağa qoymuşuq".


Story Code: 46340

News Link :
https://www.islamtimes.org/az/news/46340/mərdanov-qadağası-şapkalı-qızlara-da-aiddir

Islam Times
  https://www.islamtimes.org