QR CodeQR Code

ABŞ İranla ticarət əlaqələrinə normal yanaşdı

10 Dec 2010 09:36

IslamTimes - ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli Türkiyənin İranla ticarətini artırma səyləri ilə Amerikanın İranı izolyasiya etmək səyləri arasında ziddiyyət olmadığını söyləyib.


Krouli ABŞ Dövlət Departamentində keçirdiyi günlük brifinqdə bir suala cavab olaraq Türkiyənin İranın qonşusu olduğunu və İranla iqtisadi əlaqələrinin normal olduğunu deyib.
Sözçü BMT Təhlükəsizlik Şurasının İrana sanksiyaları nəzərdə tutan 1929 saylı qərarındakı qadağalar istisna olmaqla ölkələrin İranla ticarətinin mümkün olduğunu qeyd edib. /trt/


Story Code: 46419

News Link :
https://www.islamtimes.org/az/news/46419/abş-iranla-ticarət-əlaqələrinə-normal-yanaşdı

Islam Times
  https://www.islamtimes.org