QR CodeQR Code

ABŞ İsrailin yəhudi məskənləri inşaatını qanunsuz sayır

10 Dec 2010 10:17

IslamTimes - ABŞ bir daha sözdə olaraq İsrailin işğal olunmuş Fələstin torpaqlarında yəhudi məskənləri inşaatına qarşı çıxdı. Görəsən Əfqanıstan və İraq kimi dövlətləri ədalət bərqərar etmək bəhanəsi ilə viran qoymuş ABŞ İsrailə təsir edə bilmirmi?


Dövlət Departamentinin sözçüsü bu fikirlərinin dəyişməyəcəyini bildirib
ABŞ Dövlət Departamenti İsrailin yəbudi inşaat məskənlərinin inşaatının davam etdirilməsini legitim saymadıqlarını təkrarlayıb.
Departament sözçüsü Filip Krouli inşaat məskənləri ilə bağlı mövqelərinin dəyişmədiyini və dəyişməyəcəyini bildirib.Sözçü Amerikanın inşaatların qanunsuz olduğuna dair mövqeyini davam etdirəcəyini deyib.
Krouli bununla yanaşı yay aylarından öncə israillilərlə fələstinlilərin sülh anlaşması əldə edəcəklərinə ümid etdiklərini bildirib. /trt/


Story Code: 46423

News Link :
https://www.islamtimes.org/az/news/46423/abş-israilin-yəhudi-məskənləri-inşaatını-qanunsuz-sayır

Islam Times
  https://www.islamtimes.org