QR CodeQR Code

İrandan cəsarətli mövqe

Ans , 31 May 2015 20:08

Islamtimes - İran beynəlxalq müfəttişlərin hərbi obyektləri yoxlamasına icazə verilməyəcəyini bir daha bəyan edib.


ABŞ dövlət katibi Con Kerri və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tarixi nüvə razılaşmasının əldə edilməsinə nail olmaq üçün Cenevrədə keçirdiyi görüş zamanı belə bir bəyanatın verilməsi birmənalı qarşılanmayıb.

İran tərəfdən danışıları aparan nümayəndə heyətinin sədr müavini Abbas Əraqçı Bildirib ki, BMT müfəttişlərinin İran alimlərinə suallar verməsi və hərbi obyektləri yoxlaması danışıqların predmeti deyil.

Qərb ölkələri isə İranın nüvə obyektlərinin yoxlanılmasını əsas tələb kimi qeyd edirlər.

Bununla belə İran - ABŞ danışıqlarının çox uğurlu keçdiyi, bütün məsələlər üzrə əhatəli müzakirələrin aparıldığı bildirilib.


Story Code: 464334

News Link :
https://www.islamtimes.org/az/news/464334/irandan-cəsarətli-mövqe

Islam Times
  https://www.islamtimes.org