0
Friday 10 December 2010 - 17:50

Türkiyə və İsrail razılığa gəlmədilər.

Story Code : 46448
Türkiyə və İsrail razılığa gəlmədilər.
Türkiyə və İsrail razılığa gəlmədilər.
İslamtimes - Türk mediyasının verdiyi xəbərə görə İsrail və Türkiyə rəsmilərinin danışığı zamanı iki ölkə arasında münasibətlərin quruılması razılığı baş tutmadı.
Səbəb isə rəsmi Ankaranın “Mavi Mərmərə” hadisəsində günahkar olan İsrail tərəfin Türkiyədən rəsmi üzr istəməsi və hadisə zamanı zərər çəkmişlərin ailələrinə kompensasiyanın ödənilməsi tələbi olmuşdur.
İsrail rəsmisi Netanyahu isə “Biz zərərçəkmişlərin ailələrinə 100 min dollar civarında yardım edə bilərik” deyərək baş vermiş olaydan dolayı üzr istəməyəcəklərini, sadəcə olaydan üzgün olduqlarını vurğulayıb.
Xatırladaq ki, iki ölkə rəsmiləri arasında danışıqlar bu yaxınlarda Karmeldə baş verən yanğın zamanı Türkiyənin kömək məqsədi ilə göndərdiyi iki helikopterdən sonra reallaşdı.
Source : IslamTimes
Comment