QR CodeQR Code

Səudiyyə kralından Kəbəyə qarşı görünməmiş hörmətsizlik

2 Jun 2015 12:30

IslamTimes - Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz Allaha, Peyğəmbərə (s) və ümumilikdə, İslam dininə qarşı böyük hörmətsizlik edib.


Kəbəni yuma mərasimində iştirak etmək üçün kral Salman nümayəndə heyəti ilə birlikdə müqəddəs Kəbə evinə daxil olub. Elə bütün hörmətsizlik onun Kəbəyə daxil olmasından sonra baş verib. Belə ki, Səudiyyə kralı Kəbə evinə ayaqqabı ilə daxil olmaqla yanaşı, elə Kəbənin içində ayaqqabı ilə də namaz qılıb. Onun bu hərəkəti bir çoxları tərəfindən Kəbəyə hörmətsizlik kimi dəyərləndirilib. Kralın bu hərəkəti isə ərəb mətbuatında səs-küyə səbəb olub. Ölkə ictimaiyyəti bu addımı birmənalı qarşılamayıb. Bir çox xəbər saytları kralın mərasimdə iştirak etməsini sadəcə gözdən pərdə asmaq kimi qiymətləndiriblər və onun bu mərasimdə iştirak etməsini saxta adlandırıblar. Xəbər saytlarından deyilir ki, Kəbənin daxilində ayaqqabı ilə namaz qılması kralın necə də rəzil bir şəxs olduğunu bir daha göstərir. Qeyd edək ki, hakimiyyyət yönümlü xəbər saytları və digər media orqanları kralın ayaqqabı ilə görünüşünü deyil, onun namaz halında olan görüntülərini tirajlayıb. Həmçinin kral əsgərlərin əhatəsində Kəbəyə yaxınlaşıb.  /İslamazeri/


Story Code: 464559

News Link :
https://www.islamtimes.org/az/news/464559/səudiyyə-kralından-kəbəyə-qarşı-görünməmiş-hörmətsizlik

Islam Times
  https://www.islamtimes.org