0
Wednesday 3 June 2015 - 11:21

Kerrinin əməliyyatı 4 saat çəkdi

Story Code : 464715
Kerrinin əməliyyatı 4 saat çəkdi
ANS PRESS-in məlumatına görə, ötən gün Massaçusets Ümumi Xəstəxanasına aparılan dövlət katibi burada ayağından əməliyyat olunub. Bu barədə onun həkimi danışıb.
“Əməliyyat yerli narkoz altında və müvəffəqiyyətlə keçdi. Dövlət katibinin əməliyyatı 4 saat davam etdi. Biz onun çərşənbə günü (bu gün – red.) ayağa qalxacağını düşünürük”, – deyə həkim Dennis Byorka bildirib.
Qeyd edək ki, 71 yaşlı Con Kerri ayağını Alp dağlarının Fransa ərazisindəki hissəsində gəzinti zamanı zədələdikdən sonra vertolyotla Cenevrə xəstəxanasına çatdırılmışdı.
Comment