0
Saturday 11 December 2010 - 02:36

Medvedev yenidən namizədliyini irəli sürmək fikrindədir

Story Code : 46485
President Russia 2012
President Russia 2012
Rusiyada 2010-ci ildə keçiriləcək prezident seçkilərində bu vəzifəni kimin tutacağına dair diskussiyalar davam edərkən Rusiya prezidenti Dmitri Medvedyev cəbhəsindən mesaj gəlib.
Prezidentin müşaviri Arkadi Dvorkoviç BBC-nin rusca xidmətinə açıqlamasında Medvedyevin ikinci müddətdə də prezident kürsüsündə oturmaq istədiyini bildirib: "Dmitri Medvedyevin gördüyü işləri diqqətli şəkildə dəyərləndirən hər kəs onun 2012-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək istədiyini anlayar".
Hələlik son qərarın verilmədiyini xatırladan Dvorkoviç qarşıdakı dövr ərzində siyasi, iqtisadi və sosial sahədə yaşanacaq gəlişmələrin də bu qərara təsir edəcəyini söyləyib. /trt/
Comment