QR CodeQR Code

Medvedev yenidən namizədliyini irəli sürmək fikrindədir

11 Dec 2010 02:36

IslamTimes - Prezidentin müşaviri BBC-yə verdiyi açıqlamasında Medvedyevin ikinci müddətdə də prezident kürsüsündə oturmaq istədiyini bildirib


Rusiyada 2010-ci ildə keçiriləcək prezident seçkilərində bu vəzifəni kimin tutacağına dair diskussiyalar davam edərkən Rusiya prezidenti Dmitri Medvedyev cəbhəsindən mesaj gəlib.
Prezidentin müşaviri Arkadi Dvorkoviç BBC-nin rusca xidmətinə açıqlamasında Medvedyevin ikinci müddətdə də prezident kürsüsündə oturmaq istədiyini bildirib: "Dmitri Medvedyevin gördüyü işləri diqqətli şəkildə dəyərləndirən hər kəs onun 2012-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək istədiyini anlayar".
Hələlik son qərarın verilmədiyini xatırladan Dvorkoviç qarşıdakı dövr ərzində siyasi, iqtisadi və sosial sahədə yaşanacaq gəlişmələrin də bu qərara təsir edəcəyini söyləyib. /trt/


Story Code: 46485

News Link :
https://www.islamtimes.org/az/news/46485/medvedev-yenidən-namizədliyini-irəli-sürmək-fikrindədir

Islam Times
  https://www.islamtimes.org