QR CodeQR Code

Mərd ol, İstefa ver, canın qurtarsın!

11 Dec 2010 02:41

IslamTimes - Azərbaycanın təhsil naziri Misir Mərdanov bu gün nazirliyin qarşısında inanclı insanların məktəblərdə hicabın qadağan olunmasına qarşı keçirdiyi mitinqlə fikir bildirib.


Lent.az-a eksklüziv açıqlama verən Misir Mərdanov əvvəlcə jurnalistlərin bu olaya necə münasibət bəslədiyini soruşub: “Mən bilmək istəyərdim ki, jurnalistlərin bu hadisəyə münasibəti necədi? Əvvəla, bu, Misir Mərdanovun məsələsi deyil. Azərbaycan Respublikasının Milli Məclisi qanun qəbul edib. Hər bir vətəndaşın da borcudur ki, həmin qanuna əməl etsin. Biz də öz növbəmizdə bu qanunlarımıza riayət edirik. Qanunun 14.10-cu maddəsində göstərilib ki, təhsil müəssisələrində geyim formaları həmin müəssisənin daxili nizamnaməsi əsasında müəyyən olunur”. /HaqqYolu/


Story Code: 46486

News Link :
https://www.islamtimes.org/az/news/46486/mərd-ol-istefa-ver-canın-qurtarsın

Islam Times
  https://www.islamtimes.org