0
Friday 5 June 2015 - 11:16

Münhendə “G-7” sammitinə qarşı aksiyaya 30 mindən çox etirazçı toplaşıb

Story Code : 464996
Münhendə “G-7” sammitinə qarşı aksiyaya 30 mindən çox etirazçı toplaşıb
APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə  Münhen polisindən bildirib.  “Hazırda Münhendə etiraz aksiyasında 34 min nəfər iştirak edir. Aksiya qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilir, ciddi pozuntular müşahidə olunmayıb”, deyə məlumatda bildirilir.   
Etiraz aksiyası “Ticarət və investisiyalar haqqında Transatlantik sazişinə yox!” devizi altında keçirilir.  Qeyd edək ki, ticarət və investisiyalar haqqında Transatlantik saziş (TTIP - Transatlantic Trade and Investment Partnership)  ətrafında qapalı danışıqlar 2013-cü ilin iyulundan davam edir. Saziş layihəsinin bu il hazırlanması gözlənilir. Aksiyada STOP G7 (G7-ni dayandırın) birliyinin üzvləri, “yaşıllar” partiyasından olan siyasətçilər və “solçular” partiyasının üzvləri iştirak ediblər.
Şəhərdə asayiş 7 min polis tərəfindən təmin edilir.
Comment