QR CodeQR Code

İŞİD-ə qoşulmağa gedən 4 azərbaycanlı tutuldu

6 Jun 2015 08:59

IslamTimes - Türkiyə-Suriya sərhədinin Kilis şəhərində İŞİD terror qruplaşmasına qoşulmağı planlaşdıran və əsasən qadınlardan ibarət 18 nəfərlik qrup saxlanılıb.


Modern.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, saxlanılanlardan 13-nün Rusiya, 4-nün isə Azərbaycan vətəndaşı olması müəyyənləşdirilib.
Aralarında 6 qadın, 8 uşaq və 4 kişinin olduğu qrup Türkiyə hərbçiləri tərəfindən saxlanılaraq deportasiya olunmaq üçün saxlanma düşərgəsinə göndəriliblər.
İŞİD-ə qoşulmağı planlaşdıran qrup üzvlərinin saxlanmasına səbəb onların sıralarında Moskva Dövlət Universitetinin tarix fakültəsini 19 yaşlı tələbəsi Varvara Karaulovanın olmasıdır.
Belə ki, tələbə qızının itkin düşməsindən xəbər tutan Pavel Karaulov İstanbula gedərək bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Saxlanılan 4 Azərbaycan vətəndaşının bu vaxta qədər axtarışda olmadıqları da məlum olub.


Story Code: 465140

News Link :
https://www.islamtimes.org/az/news/465140/işid-ə-qoşulmağa-gedən-4-azərbaycanlı-tutuldu

Islam Times
  https://www.islamtimes.org