QR CodeQR Code

Tarik Əziz öldü

6 Jun 2015 09:01

IslamTimes - İraqda Səddam Hüseynin “sağ əli” hesab edilən, uzun illər ölkənin xarici işlər naziri vəzifəsində çalışmış 79 yaşlı Tarik Əziz ölüb.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, infarkt keçirmiş T.Əziz Nasiriya hospitalında günün ikinci yarısında dünyasını dəyişib.
Qeyd edək ki, 2010-cu ildə Tarik Əzizə ölüm cəzasına məhkum olunmuşdu. Lakin prezident Cəlal Talabani qərara imza atmayaraq, faktiki olaraq Əzizi əfv etmişdi. Bir il sonra isə İraq Ali Məhkəməsi Tarik Əzizi ömürlük həbs cəzasına məhkum etmişdi.


Story Code: 465142

News Link :
https://www.islamtimes.org/az/news/465142/tarik-əziz-öldü

Islam Times
  https://www.islamtimes.org