QR CodeQR Code

Azərbaycan ordusunun daha bir əsgəri dünyasını dəyişdi

6 Jun 2015 12:04

IslamTimes - Azərbaycan ordusunun FHN-nin sıralarında xidmət edən daha bir əsgəri dünyasını dəyişdi
Nazirlik onun vəfatının bədbəxt hadisə nəticəsində baş verdiyini bildirir.


İslamazeri.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Bakının Nərimanov rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Allahyar Nazim oğlu Məmmədov bu il iyunun 5-də hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib. Hadisə ilə əlaqədar hazırda Hərbi Prokurorluq tərəfindən istintaq aparılır. Xatırladaq ki, bu il ərzində FHN sıralarında hərbi xidmətdə olan iki əsgər dünyasını dəyişib. Mayın 23-də FHN-in Biləcəridə yerləşən hərbi hissəsində xidmət keçən 23 yaşlı əsgər Babaşov Tapdıq Əlizaman oğlu da həlak olub. Mərhum əsgər T.Babaşovun yaxınları mətbuata deyib ki, əsgəri hərbi hissədə öldürüblər, sonra da onun 4-cü mərtəbədən yıxıldığını yayıblar. Yaxınları mərhum əsgərin öldürülməsinə sübut kimi onun qollarında kəndir izlərinin olduğunu əsas gətirir. /İslamAzeri/


Story Code: 465202

News Link :
https://www.islamtimes.org/az/news/465202/azərbaycan-ordusunun-daha-bir-əsgəri-dünyasını-dəyişdi

Islam Times
  https://www.islamtimes.org