QR CodeQR Code

ABŞ: Braziliya və Argentina Fələstini tanımaqda tələsiblər

11 Dec 2010 10:59

IslamTimes - Fələstinlilərin İsrail tərəfindən qətliam edilməsinə kənardan tamaşa edən ABŞ, digər dövlətlərin Fələstini himayə etməsinə qıcıqlanır


"Argentina və Braziliya Fələstin dövlətini 1967-ci il sərhədlərində tanımaqda tələsiblər." Çilidə səfərdə olan ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini Uilyam Börns belə bir fikirlə çıxış edib.
«Bizim fikrimizcə, bunun üçün hələ tezdir», deyə o jurnalistlərə bildirib.
«Yalnız fələstinlilər və israillilərin özləri danışıqlar yolu ilə Fələstin dövlətinin yaradılması və onun İsraillə dinc yanaşa yaşaması ideyasını həyata keçirə bilərlər», deyə o əlavə edib.
Ötən bazar ertəsi Buenos-Ayres Braziliyanın Fələstini 1967-ci il 4 iyun sərhədlərində tanımaq qərarına qoşulduğunu açıqlayıb. Uruqvay da 2011-ci ildə Fələstin dövlətini tanıyacağını bildirib.
1967-ci ildə Altıgünlük müharibə zamanı İsrail Sinay yarımadası, Qəzza zolağı, İordan çayının qərb sahili, Şərqi Qüds və Colan təpələrini ələ keçirib. /Milli.Az/


Story Code: 46533

News Link :
https://www.islamtimes.org/az/news/46533/abş-braziliya-və-argentina-fələstini-tanımaqda-tələsiblər

Islam Times
  https://www.islamtimes.org