0
Saturday 11 December 2010 - 14:54

Allahşükür Paşazadə məktəblərdə hicabla bağlı problemləri qətiyyətlə pislədi

Story Code : 46571
Allahşükür Paşazadə məktəblərdə hicabla bağlı problemləri qətiyyətlə pislədi
Allahşükür Paşazadə məktəblərdə hicabla bağlı problemləri qətiyyətlə pislədi
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə son vaxtlar bəzi məktəblərdə yar alan hicab məsələsilə bağlı mövqeyini "Turan"a ifadə edərkən bildirib: “Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır”.
Şeyxülislam Allahşükür Paşazadə hicabın dinin atributlarından biri olduğuna diqqət çəkərək, buna əməl olunmasının vacibliyini söyləyib. Onun geyilməsinə gəldikdə, Şeyxülislam hicabın məktəb forması ilə uzlaşmasına diqqət çəkmişdir: “Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər”, - deyə QMİ sədri bildirib. Allahşükür Paşazadə ana və nənələrin baş örtüsündə olması ənənəsini xatırladaraq, baş örtüsünün həm də milli bir ənənə olduğunu önə çəkib.
Hazırda bu problemin bütün təhsil sistemində yox, bəzi orta məktəblərdə yaşanmasına toxunan şeyxülislam bu məsələnin bu məktəblərdə də müsbət həllini tapacağına ümidvar olduğunu ifadə edib.
Şeyxülislamın fikrincə, hicab kiminsə inanclı, kiminsə inancız olmasının göstəricisi deyil, sadəcə olaraq fərd olaraq insanın belə görünmək istəməsinin təzahürüdür. Şeyx, hicabın dövlət qanunları ilə dəstəkləndiyinə də vurğu edərək, qanunlarımızın bunu təmin etməsinə diqqət çəkdi: “Bu, bir insan haqqıdır və belə görünməklə özünü rahat hiss edirsə, buna mane olmaq lazım deyil”, deyə Allahşükür Paşazadə qeyd edib.

"Turan"
Source : yenisharq
Comment