0
Sunday 12 December 2010 - 01:06

Haqq Yolu İnstitutunun bəyanatı

Story Code : 46608
Haqq Yolu İnstitutunun bəyanatı
Haqq Yolu İnstitutunun bəyanatı
Baş vermiş hadisə ilə əlaqədar HaqqYolu Elm və Mədəniyyət İnstitutu bildirir: Azərbaycanda artıq ənənəyə çevrilən antiislam addımlar Qumda yaşayan və təhsil alan azərbaycanlıları narahat edir. Son günlər Təhsil Nazirliyi tərəfindən həyata keçən hicab qadağası ilə əlaqədar etirazımızı bildirir və müharibə şəraitində olan bir ölkədə dini dəyərlərə qarşı hörmətsizliyi təxribat sayırıq. Vətəndaşların sərbəst toplaşma hüququnu kobud şəkildə pozaraq aksiyaçılara zor tətbiq edilməsinin yolverilməz olduğunu düşünürük. Hadisə ilə bağlı həbsə alınmış müsəlmanların dərhal azadlığa buraxılması yaranmış gərginliyi aradan qaldırmaq üçün atılacaq yeganə düzgün addım ola bilər. Bütün müsəlmanları dini dəyərlərin müdafiəsinə çağırırıq. Unutmayın ki, Allahın qələbə vədi haqdır!

HaqqYolu
Elm və Mədəniyyət İnstitutu
Qum şəhəri
Related Stories
Comment