QR CodeQR Code

Türkiyənin müxalifət partiyası:

“Rəsmi Ankara Suriyada terrorçulara dərhal yardımını dayandırmalıdır”

Deyerler , 11 Jun 2015 15:31

İslamtimes - Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) rəsmi Ankaradan Suriyada terrorçulara yardımın dərhal dayandırılmasını tələb edib.


Deyerler-in Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, sözügedən partiyanın şura rəhbəri Səlahəddin Dəmirtaş bəyan edib ki, onun təmsil etdiyi partiyanın irəli sürdüyü bu şərt yerinə yetirilməsə, partiya koalisiya hökumətinə daxil olmayacaq. Ədalət və İnkişaf partiyası Türkiyədə parlament seçkilərindən sonra koalisiya hökumətini qurmaq istəyir.

Dəmirtaşın partiyası parlamentə ilk kürd partiyası kimi daxil olandan sonra, o, bu şərti irəli sürüb. Dəmirtaş hesab edir ki, terrorçulara dəstəyi dayandırmaq Türkiyənin yeni hökumətinin xarici siyasətini normal vəziyyətə qaytarılması üçün, çox mühüm addımdır.


Story Code: 466129

News Link :
https://www.islamtimes.org/az/news/466129/rəsmi-ankara-suriyada-terrorçulara-dərhal-yardımını-dayandırmalıdır

Islam Times
  https://www.islamtimes.org