0
Thursday 11 June 2015 - 15:31
Türkiyənin müxalifət partiyası:

“Rəsmi Ankara Suriyada terrorçulara dərhal yardımını dayandırmalıdır”

Story Code : 466129
“Rəsmi Ankara Suriyada terrorçulara dərhal yardımını dayandırmalıdır”
Deyerler-in Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, sözügedən partiyanın şura rəhbəri Səlahəddin Dəmirtaş bəyan edib ki, onun təmsil etdiyi partiyanın irəli sürdüyü bu şərt yerinə yetirilməsə, partiya koalisiya hökumətinə daxil olmayacaq. Ədalət və İnkişaf partiyası Türkiyədə parlament seçkilərindən sonra koalisiya hökumətini qurmaq istəyir.

Dəmirtaşın partiyası parlamentə ilk kürd partiyası kimi daxil olandan sonra, o, bu şərti irəli sürüb. Dəmirtaş hesab edir ki, terrorçulara dəstəyi dayandırmaq Türkiyənin yeni hökumətinin xarici siyasətini normal vəziyyətə qaytarılması üçün, çox mühüm addımdır.
Source : Deyerler
Comment