QR CodeQR Code

NATO Rusiyaya hücuma hazırlaşır?

Ans , 11 Jun 2015 15:44

İslamtimes - Hakerlər Litva Müdafiə Nazirliyinin saytını sındıraraq NATO-nun Kalininqradın ilhaqına hazırlaşması barədə məxfi sənədlər əldə ediblər.


Onların nazirliyin saytına sındırdıqdan sonra yerləşdirdikləri məlumatda deyilir ki, NATO-nun “Qılınc zərbəsi – 2015” hərbi təlimləri Kalininqradın ilhaqına hazırlıqdır.

Litva Müdafiə Nazirliyinin nümayəndəsi Viktoriya Seminite bildirib ki, hakerlərin əldə etdiyi məlumat əslində sayta yerləşdirilmiş yalan məlumat olub. O bildirib ki, hazırda nazirlik bu yalan məlumatın sayta yerləşdirilməsi üzrə istintaqa başlayıb. “Litva ordusunun serverinin təhlükəsizliyinə özəl şirkət cavabdehdir”, - deyə şərhdə bildirilir.

NATO-nun “Qılınc zərbəsi – 2015” hərbi təlimləri iyunun 1-də Baltikyanı dövlətlərdə və Polşada keçirilir. Təlimlərdə NATO-nun 13 ölkəsini təmsil edən 6 min hərbçi iştirak edir.

Kalininqradın adı 4 iyul 1946-cı ilə qədər Köniqsberq olub. Şəhər 1773 - 1945-ci illərdə Almaniyanın Şərqi Prussiya əyalətinin mərkəzi olub. Potsdam konfransının qərarı ilə Köniqsberq də daxil olmaqla Şərqi Prussiya əyalətinin şimal tərəfi müvəqqəti olaraq Sovet İttifaqına verilib. Daha sonra sovet torpaqlarına birləşdirilib.


Story Code: 466131

News Link :
https://www.islamtimes.org/az/news/466131/nato-rusiyaya-hücuma-hazırlaşır

Islam Times
  https://www.islamtimes.org