QR CodeQR Code

Səudiyyə bunu da etdi: Yəməndə YUNESKO irsinin abidələri bombalandı

13 Jun 2015 09:10

IslamTimes - Səudiyyə rəhbərliyi altındakı Ərəb koalisiya qüvvələri UNESCO-nun Dünya Mədəniyyət İrsi siyahısında 3 min illik tarixi olan şəhər bombalayıb.


Deyerler-in verdiyi xəbərə görə, Səudiyyənin rəhbərliyi altındakı koalisiya qüvvələri, Yəmənin paytaxtı Sənadakı Səna antik şəhərini bombardman edib. Hücumda altı nəfərin həlak olduğu bildirilir.
Səna qədim şəhəri, 3 min ildir ki möhkəm qalan daş evləri, labirint şəkilli bazarları və İslam sonrası dövrdə inşa edilən hündür minarəli məscidləri, hamamları ilə tanınır.
Qeyd edək ki, təkfirçi-vəhhabi İŞİD terror təşkilatı İraq və Suriyada indiyənə qədər xeyli sayda tarixi abidələri, məscidlər, türbələri, qədim şəhərləri və qəbirstanlıqları hədəfə alaraq dağıdıb.


Story Code: 466299

News Link :
https://www.islamtimes.org/az/news/466299/səudiyyə-bunu-da-etdi-yəməndə-yunesko-irsinin-abidələri-bombalandı

Islam Times
  https://www.islamtimes.org